İsrailli keçmiş nazir İrana casusluqda ittiham edilib

İsrailli keçmiş nazir və millət vəkili Gönən Segev, "İrana casusluqda" ittiham edilib.

994836
İsrailli keçmiş nazir İrana casusluqda ittiham edilib

İsrail kəşfiyyatı Şin Betin yaydığı məlumata görə, 1992-1995-ci illərdə enerji naziri postunda olan keçmiş millət vəkili Segev, "İran lehinə casusluq və döyüş zamanı düşmənə yardım etdiyi irəli sürülərək tutulub.

Açıqlamada Segevin ilk olaraq İranın Nigeriyadakı səfirliyində İranlı səlahiyyətlilərlə bir araya gəldiyi, daha sonra iki dəfə İrana səfər  etdiyi bildirilib.

Nigeriyada yaşayan Segevin may ayında Ekvatorial Qvineyaya səfəri əsnasında yerli polis tərəfindən tutularaq ölkəsinə qaytarılıb. O cümə günü İsrailə aparılıb.

Qeyd edək ki, Segevin narkotik qaçaqmalçılığı cinayətinə görə 2005-ci ildə haqqında 5 il iş kəsilmiş iki il məbhusda qaldıqdan sonra 2007-ci ildə sərbəst buraxılmışdı.



Әlaqәli Xәbәrlәr