İraq ABŞ-ın  sərhəd məntəqəsində hava hücumu təşkil etmədiyini açıqladı

İraqın Müdafiə Nazirliyi ABŞ-ın İraq-Suriya sərhəd məntəqəsində İraq qüvvələrinə istiqamətli hava hücumu təşkil etmədiyini bildirdi.

994768
İraq ABŞ-ın  sərhəd məntəqəsində hava hücumu təşkil etmədiyini açıqladı

İraqın Müdafiə Nazirliyi ABŞ-ın İraq-Suriya sərhəd məntəqəsində İraq qüvvələrinə istiqamətli hava hücumu təşkil etmədiyini açıqladı.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilib: “Haşdi Şabi də daxil İraq qüvvələri Suriya sərhədində ABŞ tərəfindən hər hansı hücuma məruz qalmadı. ABŞ-ın rəhbərliyindəki beynəlxalq koalisiya qüvvələri də sərhəd məntəqəsində hər hansı hücum əmri verilmədiyini rəsmi olaraq elan etdi. Hücuma məruz qalan qüvvələr İraq hökumətinə bağlı deyil və sərhədə 1,5 km məsafədədir.”

Açıqlamada həmçinin İraqın Suriya əraziləri daxilindən hər hansı təhlükəsizlik qüvvəsilə koordinasiya qurmadığı vurğulanıb.

Qeyd edək ki, Haşdi Şabinin açıqlamasında ABŞ döyüş təyyarələrinin milis gücünün İraq-Suriya sərhədindəki mövqelərdən birini hədəf götürdüyü və hücum nəticəsində 22 silahlının öldürüldüyü bildirilib.   



Әlaqәli Xәbәrlәr