İraqın Kərkük şəhərində daha bir Türkmən sui-qəsd nəticəsində həyatını itirdi

İraqın Kərkük şəhərində Səhiyyə Nazirliyinin tərkibindəki Kərkük Planlaşdırma İdarəsinin sədri İstibrak Əbdüllətif evində məruz qaldığı sui-qəsd nəticəsində həyatını itirib.

994060

Kərkük Polis bölməsinin mətbuat işlərindən məsul şəxsi Afrasyav Kamil açıqlama verərək deyib: “ İstibrak Əbdüllətif evində naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirdi. İstibrakın atası da evdə ölü tapılıb. Polis hadisə ilə əlaqəli istintaq işlərini davam etdirir.

Qeyd edək ki, Kərkük şəhərində son dövrdə Türkmənlərə istiqamətli sui-qəsdlər diqqət çəkir. Hücumların hədəfində siyasi xadimlərlə akadəmiklər başda olmaqla Türkmənlər içində fərqli sosial xüsusiyyətə malik şəxslər yer alır. Kərkükdə 8 ay ərzində 21 Türkmən silahlı hücum nəticəsində həyatını itirib.

Әlaqәli Xәbәrlәr