Hindistanda sel fəlakəti, ölənlər var

Hindistanın şimalındakı Assam əyalətində güclü yağışların yağması nəticəsində sel fəlakəti baş verib. Təbii fəlakətrə 17 nəfər ölüb.

994064
Hindistanda sel fəlakəti, ölənlər var

Assam ştat Agentliyinin məlumatına görə, musson yağışları ölkənin bir çox şəhərində daşqınlara səbəb olub. Assam ştatını 4 gündür təsiri altına alan güclü yağışlar 17 nəfərin həyatını itirməsinə səbəb olarkən, 3 min 292 hektar ərazidə yerləşmiş 716 kənd su altında qalıb. Minlərlə insan təhlükəsiz ərazilərə evakuasiya edilib. Proqnozlara görə yağışlar digər bölgələrdə də təsirli olacaq.



Әlaqәli Xәbәrlәr