Fransa hərbçiləri DEAŞ-a qarşı SDQ ilə yanaşı döyüşür

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altındakı DEAŞ əleyhinə koalisiya Fransa hərbçilərinin Suriyanın Daşişa qəsəbəsində separatçı terror təşkilatı PKK/YPG-nin onurğasını təşkil edən Suriya Demokratik Qüvvələri ilə əməkdaşlıq etdiyini etiraf etdi.

993976

 DEAŞ Əleyhinə Koalisiyanın rəsmi Twitter hesabından fransız hərbçilərin Suriyada DEAŞ-a haubitsalarla hücum etdikləri anın fotoşəkli bölüşüldü.
 
 Fotoşəklin altında iyunun 3-də Suriya-İraq sərhədindəki bəzi bölgələrdə DEAŞ-a qarşı başlanılan əməliyyatın ikinci mərhələsinin həyata keçirildiyi və Fransa hərbçilərinin də dəstək verdiyi əməliyyatda Daşişa bölgəsi və ətrafındakı DEAŞ  hədəflərinin vurulduğu qeyd olundu.
 
 Beləliklə, Koalisiya Fransa  xüsusi qüvvələrinin Suriyada separatçı terror təşkilatı PKK/YPG-nin onurğasını təşkil edən SDQ ilə yanaşı döyüşdüyünü etiraf etdi.
 
 Anadolu Xəbər Agentliyi martın 30-da fransa xüsusi qüvvələrinin 70-dən çox hərbçisinin Suriyada DEAŞ əleyhinə koalisiyanın tərkibində  separatçı terror təşkilatı PKK/YPG birlikləri ilə yanaşı fəaliyyət göstərdiyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr