Suriyada 4 gün әrzindә 13 uşaq hәlak oldu

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Uşaqlara yardım Fondunun  (UNİCEF) rәsmisi mәlumat verib.

990618
Suriyada 4 gün әrzindә 13 uşaq hәlak oldu

Suriyanın İdlib şәhәrindәki deeskalasiya zonasına keçәk fәftә cümә günündәn etibarәn endirilәn zәrbәlәr nәticәsindә azı 13 uşaq hәlak olub.

Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Uşaqlara Yardım Fondunun  (UNİCEF) rәsmisi mәlumat verib.

Mәlumata görә, İdlibin şimalında yerlәşәn Zerdene kәndinә endirilәn zәrbәlәr nәticәsindә 9 uşaq hәlak olub.

Mәlumatda hәmçinin Fua vә Kefreya bölgәlәrinә tәşkil edilәn hücumlarda 4 uşağın öldüyü bildirilib.

Digәr tәrәfdәn  son dörd gün әrzindә İdlibdәki yaşayış mәntәqәlәrinә endirilәn zәrbәlәr nәticәsindә 63 dinc sakin hәlak olub, 100-dәn çox adam da yaralanıb.

UNİCEF-in rәsmisi bildirib ki, Suriyada 2011-ci ildәn etibarәn tәxminәn 6 milyon uşaq evsiz qalıb.

Qeyd edәk ki, 2017-ci ilin 4-5 may tarixindә Qazaxıstanın paytaxtı Astanada  keçirilәn Suriya ilә bağlı toplantıda İdlib şәhәri deeskalasiya zonası elan edilmişdi.Ancaq Bәşәr Әsәdә sadiq qüvvәlәr ilә Rusiya bölgәyә zәrbәlәr endirmәyә davam edir.


Etiketlәr: #Suriya , #İdlib , #UNİCEF , #Fua , #Kafreya

Әlaqәli Xәbәrlәr