İran, ABŞ-Şimali Koreya liderləri arasında baş tutacaq görüşə münasibət bildirib

İran, Şimali Koreya Lideri Kim Çen In-ı, Amerika Birleşik Ştatları prezidenti Donald Tramp ilə bir araya gəlməməsi mövzusunda xəbərdarlıq edib.

990424
İran, ABŞ-Şimali Koreya liderləri arasında baş tutacaq görüşə münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi Şimali Koreyaya beynəlxalq müqavilələr barədə verdiyi sözə sadiq qalmayan ABŞ-ın davranışlarına diqqət etməyi tövsiyə edib. Bəhram Qasimi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında gündəmdəki son proseslərə münasibət bildirib. Qasimi İran əleyhinə sanksiyaların yenidən tətbiq olunduğu təqdirdə avropalı şirkətlərin ölkədə qalıb-qalmayacağı barədə suala, "Avropalı şirkətlərə 90 və 120 günlük möhlət verilib. Həmçinin İranın Avropalı tərəflərlə apardığı danışıqlardan nə əldə olunacağını gözləmək lazımdır" - deyə cavab veib. Sabah Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inn arasında keçirilməsi planlaşdırılan tarixi görüşə də toxunan Bəhram Qasimi bildirib ki, Şimali Koreya ilə bağlı İranın mövqeyi çox aydındır. "Biz regionda sülh, sabitlik və təhlükəsizlik istəyirik. Buna görə də, bu istiqamətdə atılan hər bir addımı məmnuniyyətlə qarşılayırıq. Lakin ABŞ-ın beynəlxalq səviyyədəki müqavilələrdə verdiyi öhdəliklərini yerinə yetirməməsi barədə təcrübə sahibi olduğumuz üçün Şimali Koreyanın bu məsələyə diqqət yetirməsini istəyirik. ABŞ-ın yürütdüyü siyasət nikbinliklə baxıla biləcək dərəcədə deyil. Baş verən son hadisələr də bunu təsdiq edir. Koreya yarımadasının xeyrinə olan sülhü və təhlükəsizliyi dəstəkləyirik, lakin Amerika davranışlarına heç də yaxşı baxmırıq", - deyə İran XİN rəsmisi açıqlama verib.

 

 

 



Әlaqәli Xәbәrlәr