BMT Baş Məclisi Qəzza zolağındakı vəziyyətlə bağlı təcili iclas keçirəcək

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin sədri Miroslav Layçak (Miroslav  Lajcak)  BMT Baş Məclisinin Ərəb ölkələrinin tələbi ilə Qəzza Zolağındakı vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirmək barəsində qərar qəbul etdiyini açıqladı.

989448

 ABŞ-dan dəstək alan İsrail Qəzzada qətliamlar törətməyə davam edir.
  
İsrail hərbçiləri Qəzza sərhədində nümayişçilərin çadırlarını atəşə tutdular. Bu dəfə də bir uşaq şəhid oldu.

 Fələstinin BMT-dəki səfiri Riyad Mənsur Qəzza Zolağının şərq sərhədində İsrail əsgərləri tərəfindən törədilən qətliamları qınayaraq: "Ərəb ölkələrinin nümayəndələri və İslam Əməkdaşlıq Təşkilatı BMT Baş Məclisinin sədrindən fələstinli vətəndaşların beynəlxalq səviyyədə qorumasını təmin etmək istiqamətində  qətnamə layihəsini müzakirə etmək üçün təcili iclas keçirməyi tələb etdilər" dedi.
 
Qeyd edək ki,  Qəzzanın İsrail sərhədində çadırlar quran fələstinlilər ABŞ Səfirliyinin Qüdsə köçürülməsini və "Nekbe"nin (Böyük Fəlakət) 70-ci ildönümünə etiraz etmək üçün "milyonluq yürüş" adını verdikləri mitinqlər keçirirlər.
 
 İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildən etibarən Qəzzaya tətbiq olunan qeyri-hüquqi blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə atəş açırlar.

Әlaqәli Xәbәrlәr