İraqda mayın 12-də keçirilən seçkilərlə əlaqəli mübahisələr davam edir

Parlamentin ölkədəki səslərin hamısının yenidən əllə sayılması qərarına yetişməsinə İraq Ali Seçki Komissiyası reaksiya göstərdi.

988781
İraqda mayın 12-də keçirilən seçkilərlə əlaqəli mübahisələr davam edir

Parlamentin ölkədəki səslərin hamısının yenidən əllə sayılması qərarına yetişməsinə İraq Ali Seçki Komissiyası reaksiya göstərdi.

Komissiya bu qərarın öz səlahiyyətlərini təxirə salmaq mənasını daşıdığını və qərarı məhkəməyə aparacağını elan edib.

Müxalifət cinahında yer alan 6 siyasi partiya isə səslərin yenidən əllə sayılması qərarını dəstəkləyəcəyini açıqlayıb.

Dəyişim Hərəkatı və İslami İctimai Partiyasının da aralarında yer aldığı partiyalar səslərin təkrar əllə sayılması qərarının əhəmiyyətli və tarixi addım olduğunu bildirdi.

Müşahidəçilər mübahisənin ölkədə yeni hökumətin qurulma prosesini daha da uzadacağına diqqət çəkir.

Qeyd edək ki, İraqda açıqlanan ilk nəticələrə görə, seçkidə Müktəda Əs-Sədrə bağlı ittifaq qələbə qazanıb.



Әlaqәli Xәbәrlәr