İraqda məscidin yaxınında bombalı hücum törədilib, ölənlər var

İraqın paytaxtı Bağdadda şiələrə aid bir məscidin yaxınlığında təşkil olunan iki terror hücumunda 18 nəfər ölüb, 90 nəfər yaralanıb.

987570
İraqda məscidin yaxınında bombalı hücum törədilib, ölənlər var

Bu barədə Bağdad polisi əməkdaşı baş leytenant Xəlil əz-Ziyab məlumat verib. Terrorçuların DEAŞ üzvləri olduğunun təxmin edildiyini bildirən Ziyab təhlükəsizlik qüvvələrinin hadisə yerini nəzarətə aldığını və yeni hücum ehtimalına qarşı bölgədə təhlükəsizlik tədbirlərinin artırıldığını qeyd edib. Əs-Sədr məhəlləsində yerləşən "Əl-İmam" xəstəxanasından bir səlahiyyətli isə hücumdan sonra xəstəxanaya 10 nəfərin cənazəsi ilə 21 yaralının gətirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr