İdlibə hava hücumları oldu: 2 ölü, 5 yaralı

Bəşər Əsəd rejiminin Suriyanın İdlib deeskalasiya zonasında yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumlarında iki mülki vətəndaş həlak oldu.

987315
İdlibə hava hücumları oldu: 2 ölü, 5 yaralı

Bəşər Əsəd rejiminin Suriyanın İdlib deeskalasiya zonasında yaşayış məntəqələrinə təşkil etdiyi hava hücumlarında iki mülki vətəndaş həlak oldu.

"Ağ Dəbilqəlilər"in rəhbəri Mustafa Hac Yusuf səhər saatlarından etibarən İdlibin cənub və qərbindəki yaşayış məntəqələrinin hava hücumuna məruz qaldığını bildirdi.

Hac Yusuf İdlibin Eriha rayonu və Urum Cuz, Beankul, Bəşiriyyə, Muhambil bölgələrindəki yaşayış məntəqələrinə edilən hava hücumlarında 5 nəfərin də yaralandığını qeyd etdi. 

Yaralılar xəstəxanalara çatdırılıblar.

Müxaliflərə aid nəzarət qülləsi hücumların Xümsdən qalxan SU 22 tipli Əsəd rejiminə aid qırıcılar tərəfindən həyata keçirildiyini bildirdi.

 

 



Әlaqәli Xәbәrlәr