Rusiyanın alış-veriş mərkəzində yanğın

Yanğınsöndürmə və tibbi briqadaların səyi nəticəsində binadakı 1500 adam bayıra çıxarılıb.

984323
Rusiyanın alış-veriş mərkəzində yanğın

  Rusiyanın İrkutsk şəhərindəki alış-veriş mərkəzində uşaqlar üçün hazırlanan elm və təcrübə mərkəzində çıxan yanğında 5-13 yaş arası 8 uşaq yaralanıb.

  Təlimçilərin kimyəvi maddələrlə təcrübə keçdiyi zaman meydana gələn yanğında alovlar əvvəl salonu bürüyüb, alış-veriş mərkəzinə yayılıb.

  Yanğınsöndürmə və tibbi briqadaların səyi nəticəsində binadakı 1500 adam bayıra çıxarılıb.  

  Rusiya rəsmiləri təhlükəsizlik diqqətsizliyi səbəbilə hadisə ilə bağlı istintaqa başlayıb.



Әlaqәli Xәbәrlәr