Pakistan-Hindistan arasında razılaşma

Pakistan və Hindistanın hərbi əməliyyatlar üzrə səlahiyyətliləri 2003-cü ildə imzalanmış atəşkəs sazişini həyata keçirmək barədə razılığa gəliblər.

982016
Pakistan-Hindistan arasında razılaşma

Pakistan ordusunun yaydığı bəyanatda bildirilib ki, iki ölkənin hərbi əməliyyatlar üzrə direktorları Kəşmir nəzarət xəttindəki vəziyyəti müzakirə ediblər. Bəyanatda həmçinin vurğulanıb ki, iki ölkənin hərbi səlahiyyətləri mövcud vəziyyəti yaxşılaşdırmaq və sülhün bərpası uğrunda tədbirlər görmək barədə razılığa gəlib. İndən sonra iki tərəf də atəşkəsi pozmayacaq.

Pakistan Xarici İşlər Nazirliyi bildirmişdir ki, 2018-ci il yanvarın 1-dən etibarən sərhəddə Hindistan tərəfindən 100-dən çox atəşkəs pozulub və 20 Pakistanlı həyatını itirib. Ölənləri əksəriyyəti isə dinç sakindir.



Әlaqәli Xәbәrlәr