Saib Ureykatdan “Cənubi Afrika ölkələrinə çağırış

İsrail hökuməti Afrika ölkələrinin Fələstindəki məskunlaşma layihələrinə dəstəyini təmin etməyə çalışır. Bunu Fələstin Azadlıq Təşkilatının Baş katibi Saib Ureykat deyib.

980131
Saib Ureykatdan “Cənubi Afrika ölkələrinə çağırış

Saib Ureykat, "Angola" qəzetinə verdiyi müsahibəsində, Afrika hökumət səlahiyyətlilərinə çağırış edib ki, İsrailin istismar rejimini tanımasınlar.

O qeyd edib ki, "İsrail hökuməti Fələstində həyata keçirməyi planlaşdırdığı məskunlaşma  layihəsi  ilə əlaqəli Afrika ölkələrinin dəstəyini təmin etməyə,  məhz  bu  ölkələr ilə əlaqələr yaradaraq onları səfirliklərini Qüdsə köçürmələri mövzusunda qane etməkdə  səy  edir. Fələstin xalqının tarixi hüquqlarının qorunmasına dəstək ən gözəl mənəvi rəftardır.  Bu  gözdən  yayındırılmamalıdır. Cənubi Afrika ölkələri Fələstin xalqının yanında olmalıdır.



Әlaqәli Xәbәrlәr