Gürcüstan öz müstəqillik günündə silahlarını nümayiş etdirəcək

26 may tarixində Gürcüstanda “Javelin” tank əleyhinə system və digər texnikalar ölkə miqyasında sərgilənəcək

978948
Gürcüstan öz müstəqillik günündə silahlarını nümayiş etdirəcək

  Gürcüstanın müstəqilliyi günü ilə bağlı paytaxt Tbilisinin Azadlıq meydanında hərbi texnika, silah və ləvazimatlarının sərgisi keçiriləcək.

  Ölkənin Müdafiə Nazirliyinin bildirdiyinə görə, yeni alınmış tank əleyhinə sistem - “Javelin” sərginin mühüm yeniliyidir.

  Meydanda, həmçinin “Ejder”, GM-403, MaxPro, “Rafael”, bıçaq, LAR-160, “Çinqori”, “Didqori”, “Lazika”, tibbi-təxliyə zirheli texnikası, “Hammer”, RM-70, GMM-120 özüyeriyən qumbaraatan da sərgilənəcək.

  Bunlarla əlaqədar Gürcüstan Silahlı Qüvvələri İlkin Hərbi Hazırlıq Mərkəzinin şəxsi heyəti andiçmə mərasiminə hazırlaşır: 26 mayda 366 nəfər çağırışçı və 123 nəfər çağırışaqədər hərbçilər təntənəli surətdə and içəcəklər.

  Hərbi texnika Telavi, Rustavi, Marneuli, Msxeta, Qori, Axalsixe, Kutaisi, Poti, Batumi, Zuqdidi, Senaki, Ambrolauri və Saçxeredə də sərgilənəcək.



Әlaqәli Xәbәrlәr