İran, nüvə müqaviləsinin davamı üçün şərtlərini açıqlayıb

İran İslam Respublikasını ali dini lideri Ayətullah Seyid Əli Xamenei dünən nüvə müqaviləsinin davamı üçün İranın şərtlərini açıqlayıb.

977731
İran, nüvə müqaviləsinin davamı üçün şərtlərini açıqlayıb

Paytaxt Tehrandakı iqamətgahında ölkənin hərbi və siyasi liderlərini qəbul edən Ayətullah Xamenei, dövlət televiziyasında yayımlanan çıxışında nüvə müqaviləsi məsələsinə və ABŞ-dan gələn İran əleyhinə açıqlamalara toxunub. ABŞ-ın İrana qarşı dərin nifrət bəslədiyini, ancaq inqilabdan bəri ABŞ-ın İran İslam Respublikasına qarşı etdiyi bütün hücumların uğursuzluqla nəticələndiyinə diqqət çəkən Ayətullah Xamenei, dövlət rəsmilərinin vəzifələrini layiqincə yerinə yetirməsi halında Vaşinqtonun indiki hücumlarının da uğursuzluğa məhkum olacağını deyib. ABŞ rəhbərliyinin nüvə müqaviləsindən ayrıldıqdan sonra İrana qarşı atdığı addımlara toxunan İranın ali dini lideri, "Bu yeni bir şey deyil. İnqilabdan bəri qurduqları bütün hiylələrin məqsədi İranı devirmək idi. Ancaq bütün bunlar da "Tom və Ceri" cizgi filminin məşhur pişiyi kimi uğursuzluğa uğrayır. ABŞ yalnız hazırkı prezident Donald Tramp dövründə deyil, əvvəlki dövrlərdə də heç vaxt öhdəliklərinə sadiq olmayıb. İran beynəlxalq bir müqaviləni asanlıqla pozan bir hökumətlə qarşılıqlı əlaqə yarada bilməz. ABŞ prezidenti Tramp əvvəlki ABŞ prezidentləri Corc Buş, Ronald Reyqan kimi eyni taleyi bölüşəcək" - deyib. Ayətullah Seyid Əli Xamenei qeyd edib ki, müqaviləyə imza atan digər Avropa ölkələri İngiltərə, Fransa və Almaniya da həssas məsələlərdə ABŞ-la birgə hərəkət edirlər və nüvə müqaviləsinin davam etməsi üçün Avropa ölkələrinə İranın şərtləri bunlardan ibarətdir: - İranın Yaxın Şərqdəki fəaliyyətləri və ballistik raket proqramının sorğulanmaması - Nüvə müqaviləsindən ayrılaraq 2231 saylı qərarı pozan ABŞ-a qarşı yeni qətnamə çıxarılması - ABŞ-ın İran əleyhinə yönəlmiş hər cür sanksiyalarına qarşı çıxmaq, İranın neft ixracı və Avropa banklarıyla əlaqəsi mövzusunda zəmanət verilməsi. Ayətullah Xamenei Avropanın bu şərtləri təmin edə bilməməsi halında, İranın nüvə fəaliyyətlərinə yenidən başlamaq hüququna sahib olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr