İsraildən Aİ-yə sərt reaksiya: “Minlərlə dəfə cəhənnəmə gedin”

İsrailin energetika naziri Yuval Steinitz nümayişçilərə atəş açılmasını tənqid edən Avropa İttifaqına sərt reaksiya göstərdi.

977385
İsraildən Aİ-yə sərt reaksiya: “Minlərlə dəfə cəhənnəmə gedin”

İsrailin energetika naziri Yuval Steinitz nümayişçilərə atəş açılmasını tənqid edən Avropa İttifaqına sərt reaksiya göstərdi.

Nazir Avropa İttifaqı barəsindədə bu sözləri dedi: “Minlərlə, minlərlə dəfə cəhənnəmə gedin!”

Nazir Steinitz cəmi iki həftə bundan əvvəl Aİ-İsrail əlaqələrindən razılıqla danışmışdı.

İsrail Avropa İttifaqının ən əhəmiyyətli ticarət ortaqlarından biridir.

Beynəlxalq təşkilatla  Tel-Əviv rəhbərliyi arasındakı illik ticarətin həcmi 36 milyard dollar təşkil edir.

Xatırldaq ki, mayın 14-də ABŞ-ın İsrail səfirliyini Qüdsə köçürməsindən sonra Qvatemala və Paraqvay da Qüdsdə səfirliklərini açıb. Başda Türkiyə olmaqla, Avropa İttifaqı, Rusiya və Çin kimi böyük ölkələr ABŞ-ın bu addımına qarşı çıxırlar.



Әlaqәli Xәbәrlәr