İran uranı zənginləşdirməyə hazırdır

İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salihi uranı zənginləşdirmək üçün lazımi hazırlıqların görüldüyünü bildirdi.

976933
İran uranı zənginləşdirməyə hazırdır

İranın  "Mehr" agentliyinin yaydığı xəbərə görə, İran Atom Enerjisi Qurumunun sədri Əli Əkbər Salihi İran Məclisinin Təhsil və Araşdırma Komissiyasında millət vəkillərinin suallarını cavablandırıb, daha sonra mətbuata açıqlamalar verib.

Salihi nüvə müqaviləsindən əvvəlki nüvə proqramına geri qayıtmağa hazır olduqlarını bildirərək: "Ümidvaram ki, heç bir zaman buna ehtiyac qalmaz" deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran ilə BMT TŞ-yə üzv olan ölkələr və Almaniya arasında 2015-ci ilin iyul ayında imzalanan müqaviləni mayın 8-də birtərəfli şəkildə ləğv edərək, Tehrana ağır sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

İran isə müqavilənin davam etdirilməsi üçün müavilənin tərəfləri olan ölkələrdən Vaşinqtonun sanksiyalarına qarşı qoruyucu tədbirlər görmələrini tələb edir.

ABŞ dövlət katibi Pompeo ötən gün ABŞ-ın İrana olan tələblərini əks etdirən 12 maddəlik siyahı açıqlayıb.

Pompeo İranla yeni nüvə müqaviləsinin bağlanmasının vacibliyini qeyd edib.

Pompeoya görə,  İran ilk növbədə, nüvə silahı ilə bağlı hazırkı və əvvəlki tədqiqatları barəsində Beynəlxalq Atom Enerjisi Agentliyinə (İAEA) hesabat verməli, ağır su reaktorları da daxil olmaqla, uran istehsalını dayandırmalıdır.

İran prezidenti Həsən Ruhani isə Pompeonun açıqlamalarına: "Siz kimsiniz ki, İran və dünya haqqında qərar verirsiniz?" deyərək reaksiya göstərib.

 

 

 

 



Әlaqәli Xәbәrlәr