İraqda dördlü ittifaq hökuməti qurulacaq

Kərkükdə üç yer qazanan Türkmənlər isə seçkidə saxtakarlıq olduğunu iddia edərək etiraz aksiyaları keçirirlər.

975218
İraqda dördlü ittifaq hökuməti qurulacaq

İraqda mayın 12-də keçirilən parlament seçkilərinin qalibi olan şiə lider Müktəda əs-Sədrin dəstəklədiyi Sairin Koalisiyasının Haşdi-Şabiyə bağlı Fəth, Baş nazir Heydər əl-İbadinin Nasır və Ammar əl-Həkimin Milli Hikmət Koalisiyası arasında hökumət qurmaq üçün 4-lü  ittifaq təşkil ediləcəyi bildirilib.

Həkimin dəstəklədiyi və yeni parlamentdə 20 yer qazanan Milli Hikmət Koalisiyasının sözçüsü Həmməd Cəmil Mayyahi açıqlama verərək deyib: “72 saat ərzində Sairin, Fəth, milli Hikmət və Nasır kaolisiyalarından ibarət dördlü hökumət ittifaqı qurulacaq.”

Qeyd edək ki, seçkidə Sədrin dəstəklədiyi Sairin Koalisiyası 329 yeri olan Məclisdə 54 yer qazandı. Hadi əl-Əmiri liderliyindəki Fəth Koalisiyası 47 yerlə ikinci, Baş nazir Heydər əl-İbadi başçılığındakı Nasır Koalisiyası isə 42 yer qazanaraq üçüncü yeri tutdu.

Kərkükdə üç yer qazanan Türkmənlər isə seçkidə saxtakarlıq olduğunu iddia edərək etiraz aksiyaları keçirirlər.

Parlament seçkilərində seçicilərin sadəcə 44 faizi iştirak etmişdir.



Әlaqәli Xәbәrlәr