ABŞ-dan İrana qarşı yeni sanksiya

ABŞ ikisi İran Mərkəzi Bankında idarəçi olmaqla 4 vətəndaşı və İraq mərkəzli bir bankı, İran İnqilab Gözətçiləri və Hizbullah ilə əlaqələri olduğu iddiasıyla sanksiya siyahısına daxil edib.

971951
ABŞ-dan İrana qarşı yeni sanksiya

ABŞ Xəzinə Nazirliyinin açıqlamasında bildirilib ki, 4 İran vətəndaşı və 1 təşkilat, Xarici aktivlərin Nəzarəti Ofisi tərəfindən sanksiya siyahısına əlavə olunub. Şərhdə, İran Mərkəzi Bankı idarəçisi Valiollah seif ilə eyni bankın beynəlxalq əməliyyatlar hissəsində direktor müavini işləyən Əli Tarzalinin siyahıya daxil edilməsinə, onların İran İnqilab Gözətçiləri yanında Qüds Qüvvəsinə dəstəklərinin səbəb göstərildiyi bildirilib. Al Bilad Bank da İnqilab gözətçiləri ilə əməkdaşlıq etdiyi irəli sürülərək siyahıya salınıb.

ABŞ Xəzinə nazirliyi ötən həftə də Xarici aktivlərin Nəzarəti Ofisi tərəfindən 6 İran vətəndaşı ilə üç şirkəti sanksiya siyahısında əlavə etmişdi.



Әlaqәli Xәbәrlәr