Rusiya və İran Xarici İşlər nazirləri Moskvada görüşdü

Məhəmməd Cavad Zərif İranın nüvə proqramı üzrə BÜFP-yə daxil olan ölkələrlə məsləhətləşmələr aparmaq üçün sazişin üzvü olan ölkələrə səfər edir.

970353
Rusiya və İran Xarici İşlər nazirləri Moskvada görüşdü

  Rusiya Xarici İşlər naziri Sergey Lavrov və İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Moskvada bir araya gəlib. 

  S.Lavrov İranın nüvə proqramına dair Birgə Ümumi Fəaliyyət Planı (BÜFP) ətrafında böhranlı vəziyyətin yarandığını, ABŞ-ın bu sazişdən çıxmasından sonra Çin, İran, Rusiya və Avropa İttifaqı ilə birlikdə regionda sabitliyin qorunması üçün yollar axtarılacağını bildirib.

  İranın Xarici İşlər naziri qeyd edib ki, ABŞ-ın bu sazişi tərk etməsindən sonra BÜFP-nin üzvü olan digər ölkələrlə müzakirələr aparmaq üçün müəyyən vaxt tələb olunur. O, həmçinin Çinin xarici işlər naziri Van İ ilə danışıqlarının nəticələrini müsbət qiymətləndirib.

  Xatırladaq ki, Məhəmməd Cavad Zərif İranın nüvə proqramı üzrə BÜFP-yə daxil olan ölkələrlə məsləhətləşmələr aparmaq üçün sazişin üzvü olan ölkələrə səfər edir. Rusiyadan əvvəl o, Çində olub. Növbəti danışıqların Brüsseldə keçiriləcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr