“ABŞ-ın Fələstin əleyhinə atdığı addımlar cavabsız qalmayacaq”: Ə.Laricani

İran parlamentinin sədri Əli Laricani ABŞ rəhbərliyini tənqid edən açıqlama verib.:

970410
“ABŞ-ın Fələstin əleyhinə atdığı addımlar cavabsız qalmayacaq”: Ə.Laricani

O, vurğulayıb ki, ABŞ iqtidarının Fələstin əleyhinə atdığı addımlar cavabsız qalmayacaq. “Biz ABŞ prezidenti Donald Trampın Qüdsdə səfirlik açma qərarını qınayırıq. İran İslam Respublikası nə İsraili dövlət kimi tanıyır, nə də ki işğalçı rejimin diplomatik korpuslarının fəaliyyətinə dəyər verir” - deyə Əli Laricani diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ prezidenti Tramp, 6 dekabr 2017-də, Qüdsü "İsrailin paytaxtı" elan edərək ABŞ səfirliyinin Təl Əvivdən Qüdsə köçürülməsinə dair təlimat vermişdi. Həmin çərçivədə ABŞ səfirliyinin 14 Mayda Qüdsə köçürülməsi qərarına gəlinmişdi.



Әlaqәli Xәbәrlәr