"İsrail İrana ağılsızcasına hücum edərsə, Tel-Əviv və Hayfa məhv ediləcək"

Bu sözləri İranın dini liderlərindən olan Ayətullah Əhməd Hatəmi dedi.

968889
"İsrail İrana ağılsızcasına hücum edərsə, Tel-Əviv və Hayfa məhv ediləcək"

"İsrail İrana ağılsızcasına hücum edərsə, Tel-Əviv və Hayfa məhv ediləcək"

Bunu İranın dini liderlərindən olan Ayətullah Əhməd Hatəmi bildirdi.

Hatəmi Qərb əleyhinə də sərt fikirlər səsləndirdi,  İranla nüvə sazişi imzalayan Avropa ölkələrinə də güvənməməyi məsləhət görərək: “ABŞ daha irəli gedə bilməz. Onların hədəfi İrandakı rejimi məhv etməkdir. Avropalılara da inanmaq olmaz. İranın düşmənlərinə güvənmirik” dedi.

Xatırladaq ki, İsrail  Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib. Zərbələrin cavab xarakteri daşıdığı bildirilir. İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, İranın "Qüds" briqadasına aid Dəməşqin şimalında yerləşən hərbi düşərgəsi, müşahidə məntəqəsi, həmçinin digər mövqeləri bombardman edilib.

Məlumatda vurğulanıb ki, Qolan ərazisini "Qrad" və "Fəcr-5" raketləri ilə atəşə tutan maşınlar da məhv edilib.

 

 

 



Әlaqәli Xәbәrlәr