Binyamin Netanyahu: "İran qırmızı xətti keçdi"

İsrailin  Baş naziri Binyamin Netanyahu İranın Suriya ərazisindən İsrailə raket hücumu təşkil edərək qırmızı xətti keçdiyini söylədi.

968593
Binyamin Netanyahu: "İran qırmızı xətti keçdi"

İsrailin  Baş naziri Binyamin Netanyahu rəsmi Facebook hesabından açıqlama yaydı. Baş nazir açıqlamasında İranın Suriyadan İsrailə raket atdığını, lakin heç bir raketin İsrail ərazisinə düşmədiyini bildirdi.

İsrail ordusunun hücuma cavab verdiyini qeyd edən Netanyahu: "İran qırmızı xətti keçdi. Biz də artıqlaması ilə cavabını verdik. İsrail ordusu Suriyadakı İran qüvvələrinə aid hədəflərə qarşı genişmiqyaslı hava hücumu təşkil etdi. Bizim hədəfimiz birbaşa Suriyadakı İrana aid nöqtələrdir. Lakin əgər Suriya ordusu bizə qarşı bir hərəkət edərsə, biz də cavab verərik. Dünən bu oldu və bizə atəş açan Suriya ordusuna aid havadan müdafiə sistemlərini vurduq " deyə yazdı.

Qeyd edək ki, İsrail İran İnqilab Qvardiyasına tabe olan Qüds Qüvvələrinin Suriyadan İsrailin işğalı altında olan Holan təpələrindəki bazalar istiqamətində 20-yə qədər roket atdığını iddia edir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Məhəmməd Cavad Cəmali isə Suriyadan İsrailə təşkil olunan raket hücumunun İran qüvvələri tərəfindən həyata keçirilməsi ilə bağlı iddiaları təkzib edib.

 

 

 



Әlaqәli Xәbәrlәr