İsrail qırıcıları Kuneytra vilayətinə bomba yağdırıblar

İsrail Suriyanın cənubundakı Kuneytra vilayətinin Baas və Hadar rayonlarına hava hücumları təşkil edilib.

967876
İsrail qırıcıları Kuneytra vilayətinə bomba yağdırıblar

Kuneytra yerli mənbələrinin məlumatına görə İsrail ordusu, işğal etdiyi Qolan təpələrindən Baas və Hadara hücum təşkil edib.

Suriya rejim qüvvələri İsrailə raket hücumu ilə cavab verib. İsrailin hücumundan sonra qolon təpələrindən siren səsi yüksəlib.

İsrail ordusundan verilən yazılı açıqlamada bildirilib ki, İran İnqilab Mühafizəçilər Ordusuna mənsub Qüds qüvvəsi tərəfindən İsrailin işğalı altındakı Qolan təpələrinə təxminən 20 raket atılıb. Ancaq bütün raketlər müdafiə sistemlərimiz tərəfindən havada məhv edilib. İsrail ordusu bunu dəhşətli hadisə qəbul edir və müxtəlif ssenarilərə hazırlıqlı olmağa davam edir.



Әlaqәli Xәbәrlәr