İran Parlamentində ABŞ-ın bayrağı və nüvə razılaşma mətni yandırılıb

İran dövlət telekanalın məlumatına görə, parlamentin bu gün səhərki sessiyasında bir qrup deputat ABŞ əleyhdarı şüarlar səsləndiriblər

967297
İran Parlamentində ABŞ-ın bayrağı və nüvə razılaşma mətni yandırılıb

 ABŞ-ın təktərəfli olaraq nüvə razılaşmasından çəkilməsinə reaksiya verən bəzi millət vəkilləri ABŞ bayrağını və nüvə razılaşması mətni yandırıblar.

ABŞ prezidenti Donald Trampın müqavilədən çəkilmə qərarına münasibət bildirən İran Parlamentinin rəhbəri Əli Laricani: “Tramp bu qərardan çəkilərək problemin  həlli  üçün  ağıl və məntiq potensiyalının olmadığını göstərdi. İran Atom Enerjisi Təşkilatı, nüvə fəaliyyətlərinə yenidən başlamaqda hazır olmalıdır.

 



Әlaqәli Xәbәrlәr