“Saziş ləğv olunarsa İran, üzləşəcək çətinliklərin öhdəsində gələr”: H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ-ın nüvə sazişi barədə verəcəyi qərardan əvvəl açıqlama verib.

966411
“Saziş ləğv olunarsa İran, üzləşəcək çətinliklərin öhdəsində gələr”: H.Ruhani

İran  prezidenti  Ruhani Tehranda Milli Nüvə Texnologiyası Günü ilə əlaqədar təşkil olunmuş konfransda etdiyi  çıxışında: “Bu müqaviləni ilk pozan biz olmayacağıq, ancaq bunu yaxşı bilsinlər ki, əgər sazişdən imtina etsələr, peşman olacaqlar. Biz onların düşündüyündən daha da hazırıq. Əgər bu sazişi pozsalar, bir həftədən qısa müddətdə nəticəsini görəcəklər”.

Prezident Ruhani  həmçinin  vurğulayıb ki, saziş ləğv olunarsa, İran 2-3 ay ərzində müəyyən çətinliklərlə üzləşəcək, lakin bu problemlərin öhdəsindən asanlıqla gələcək.

Onun fikrincə, ABŞ və İran arasında saziş ətrafında yaranmış bu anlaşılmazlığın bir nömrəli səbəbkarı Donald Trampdır:“Bu cənab ABŞ-da hakimiyyətdə olduğu 15 ay ərzində bir neçə dəfə yersiz iddialar irəli sürüb və bəzi əməllər törədib. Ancaq nüvə sazişinin təməli o qədər güclüdür ki, 15 ay boyunca bütün təzyiqlərə baxmayaraq pozulmadı.

Qeyd edək ki, Donald Tramp seçki kampaniyasından etibarən bu razılaşmanı ABŞ tarixinin ən uğursuz anlaşmalarından biri olduğunu bildirib. O, sazişlə bağlı son qərarını bu gün Ağ Evdə açıqlayacaq.

Müqavilənin digər tərəfləri Böyük Britaniya, Almaniya, Çin, Rusiya və Avropa İttifaqının isə İranla bağlı heç bir etirazları yoxdur.

İcmalçılara  görə  Tramp hər nə qədər fikrində qəti görünsə də, müqavilədən imtina etməyə bilər.



Әlaqәli Xәbәrlәr