Navalnı azad edildi, amma...

A.Navalnı sosial mediadan verdiyi açıqlamada bildirib...

965144
Navalnı azad edildi, amma...

  Rusyada mayın 5-i tutulan, Rüşvətxorluqla Mübarizə Fondunun təsisçisi və Rusyanın aparıcı müxalifət lideri Aleksey Navalnı azad edildi.  

  A.Navalnı sosial mediadan verdiyi açıqlamada bildirib: “Haqqımda "şou təşkiletmə prosedurunun təkrarı" və "polisə müqavimət" maddələri üzrə cinayət işi açılıb”.

  Rusiyanın bir çox şəhərində təşkil edilən, minlərlə insanın qatıldığı prezidenti Vladimir Putin əleyhinə mitinqlər zamanı həbs olunan Navalnının məhkəməsi 11 mayda olacaq.

  Qeyri-hökumət təşkilatlarının açıqladığı rəqəmlərə görə, V.Putinin bu gün – 7 mayda keçiriləcək "rəsmi olaraq vəzifəyə başlama mərasimi" ərəfəsində təşkil edilən etirazlarda 1500 adam tutulub.



Әlaqәli Xәbәrlәr