Binyamin Netanyahu:" İran nüvə proqramlarına aid bütün planlarını qoruya bildi"

İsrailin baş naziri Binyamin Netanyahu İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsinin Tehran rəhbərliyinin yalan və aldatmalarına əsaslandığını bildirdi.

963065
Binyamin Netanyahu:" İran nüvə proqramlarına aid bütün planlarını qoruya bildi"

İsrail Nazirilər Kabineti baş nazir Binyamin Netanyahunun Orta Şərqə səfəri çərçivəsində İsrailə gələn Yaponiya baş naziri Şinzo Abe ilə görüşü barədə məlumat yaydı.

Məlumatda Netanyahunun yaponiyalı həmkarı ilə təşkil etdiyi birgə mətbuat konfransında İranın nüvə silahı istehsal etmək üçün gizli proqram üzərində işlədiyinə dair iddialarını yenidən səsləndirdiyi qeyd edilir.

Məlumatda bildirilir: "Netanyahu: " İran nüvə proqramlarına aid bütün planlarını qoruya bildi. Nüvə silahı istəməyənlər plan qurmurlar, və ya planlarını qorumurlar. Bu müqavilə (Tehran ilə P5+1 ölkələri arasındakı müqavilə) İranın yalanlarına və yanlış məlumatına əsaslanan pis bir müqavilədir"dedi".

Qeyd edək ki, İsrailin baş naziri bazar ertəsi günü verdiyi açıqlamada İsrail kəşfiyyatının İranın nüvə silahı istehsal etmək üçün gizli proqram üzərində işlədiyinə dair dəlillər əldə etdiyini iddia etmişdi.

 

 

İ



Әlaqәli Xәbәrlәr