Suriyada rejim ilə PKK toqquşur

Suriyanın Deyrizor bölgəsində terror təşkilatı PYD/PKK və rejim tərəfdarı qüvvələr arasında şiddətli toqquşma yaranıb.

960933
Suriyada rejim ilə PKK toqquşur

Suriyanın Deyrizor bölgəsində terror təşkilatı PYD/PKK və rejim tərəfdarı qüvvələr arasında şiddətli toqquşma yaranıb.

Rejim tərəfdarı qüvvələr səhər radələrində Fərat çayının şərqində və Deyrizorun qərb ərazilərində yerləşən Cenina Caya Hisan və Şakra kəndlərinə hücum edərək bu bölgələri ələ keçirib.

Terror təşkilatı daha sonra bölgədəki düşərgələrdən əlavə qüvvə göndərərək yeni hücum təşkil edib.

ABŞ-a məxsus qırıcılar və Apaçi tipli helikopterlər ilə havadan  da dəstək alan terrorçular həmin kəndləri ələ keçiriblər. 

İki qrup arasında baş verən toqquşmalarda rejim tərəfdarı qüvvələrdən ən az 20 ilə PKK/PYD-li 5 terrorçu ölüb.

İraq sərhədinə yaxın Deyrizorda ölkənin ən böyük enerji mənbələri yerləşib.

PYD/PKK keçən ilin son aylarında rejim qüvvələrilə  həmin zamanda Deyrizorun enerji mənbələrinin əksəriyyətinin yerləşdiyi şimal-şərqində, yəni Fərat çayının şərqi istiqamətində irəliləmişdi.

Qeyd edək ki, hazırda Deyrizorda Fərat çayının şərqində PYD/PKK, qərbinə Əsəd rejimi, cənubundakı dar bölgəyə isə DEAŞ hakimdir.



Әlaqәli Xәbәrlәr