Əfqanıstanın paytaxtı Kabildə ardıcıl partlayışlar olub

Əfqanıstanın paytaxtı Kabildə törədilən ardıcıl partlayışlar nəticəsində 21 nəfər hiyatını itirib.

960982
Əfqanıstanın paytaxtı Kabildə ardıcıl partlayışlar olub

Məlumata görə törədilən intihar hücumunda həyatını itirənlərin arasında ”Frane Press” informasiya agentliyinin fotomüxbiri Şah Marai və daha iki jurnalist var. Partlayışlarda 27 nəfər də yaralanıb. Birinci partlayışı motosiklet idarə edən terrorçu kamikadze törədib. Hadisəyə görə məsuliyyəti terror təşkilatı DEAŞ öhdəsinə götürüb.

Qeyd edək ki, keçən həftə də Kabildə bir seçici qeydiyyat mərkəzinə təşkil edilən bombalı hücum nəticəsində 60 nəfər həyatını itirmiş, 100-dən çox adam yaralanmışdı.



Әlaqәli Xәbәrlәr