"Şahın mumiyasını basdırmaq yox, muzeyə göndərmək lazımdır", M.Renan

İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi babasının meyidinin İranda dəfn edilməsini istədi.

958622
"Şahın mumiyasını basdırmaq yox, muzeyə göndərmək lazımdır", M.Renan

   Amerika Birləşmiş Ştatlarında yaşayan nəvə Pəhləvi “Twitter” hesabından verdiyi açıqlamada bildirib: “Rey şəhərindəki Əbdüləzim türbəsinin genişləndirmə işləri zamanı tapılan mumiya böyük ehtimalla babam Məhəmməd Rza şahdır. Onun İranda basdırılmasını xahiş edirik. Mumiyanın şaha mənsub olduğunu dəqiqləşdirmək üçün etibarlı mütəxəssislərin cəlb olunmasını istəyirik… Cənazə şaha yaraşan mərasimlə, müasir İranın atası və ya padşahı üçün deyil, sadəcə, vətəni və millətinə xidmət edən bir əsgər üçün təşkil olunmalıdır".

  İsfahan Universiteti İqtisadi Elmlər fakültəsinin müəllimi Möhsün Renan isə sosial media hesabından dərc etdirdiyi məqaləsində: “Ölkədəki şah tərəfdarlarının həyəcanını səngitmək, şahın İran tarixinə bir “dəyər” olduğunu göstərmək üçün mumiyanı muzeyə göndərmək lazımdır”, - fikirlərini irəli sürüb.



Әlaqәli Xәbәrlәr