"Təklif gələrsə, koalisiya çərçivəsində Suriyaya hərbçilər göndərə bilərik"

Bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr, Birləşmiş Millətlər (BMT) Baş katibi Antonio Guterres ilə bir  araya  gəldikdən sonra  Paytaxt Riyadda təşkil etdiyi mətbuat konfransında deyib.

954157
"Təklif gələrsə, koalisiya çərçivəsində Suriyaya hərbçilər göndərə bilərik"

Wall Street Journal (WSJ) qəzetində əks edən xəbərdə isə bildirilib ki, Suriyadan çəkilmək istəyən Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp, Suriyanın şimal-şərqindəki Amerika əsgərlərinin yerinə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər əsgərlərindən ibarət qoşunun yerləşdirilməsi mövzusunda danışıqlar aparır.

Qeyd edək ki, ABŞ-İngiltərə-Fransanın Şənbə günü Suriya hökumətinə istiqamətli raket hücumundan bir gün sonra, Ərəb Birliyi zirvə toplantısı baş tutmuşdu. Həmin yığıncaqdan sonra S. Ərəbistanı xarici işlər naziri Cubeyr, Ərəb Birliyinin Suriya hökumətini, kimyəvi silahlardan istifadə etməsinə görə pislədiyini bildirmişdi. Yığıncağın yekun bəyannaməsində, Suriya hökumətinin adının zikr edilməsindən imtina edisə də  'Suriyada kimyəvi silahların istifadəsi ilə əlaqədar beynəlxalq istintaq başladılması haqqında çağırış verilmişdi.



Әlaqәli Xәbәrlәr