PKK/PYD-YPG ona müxalif olan suriyalı kürd liderlərini qaçırdı

PKK/PYD-YPG terrorçuları keçən həftə onlara müxalif olan kürd liderlərini - Yusif və Nemət Davudu evlərindən qaçırdılar.

952546
PKK/PYD-YPG ona müxalif olan suriyalı kürd liderlərini qaçırdı

Separatçı terror təşkilatı PKK/PYD-YPG ona müxalif olan suriyalı kürd liderlərini qaçırdı.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsindəki  terror təşkilatları  PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərinin zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində martın 18-də bölgəni terrordan azad etdi.

Suriyanın Afrin bölgəsindən çıxarıldıqdan sonra işğal etdiyi bölgələrdə təzyiqini artıran separatçı terror təşkilatı PKK/PYD-YPG ona müxalif olan suriyalı kürd liderlərini qaçırdı.

Terrorçular keçən həftə Yusif və Nemət Davudu evlərindən qaçırdılar.

Qeyd edək ki, keçən həftə Afrinin kürd, ərəb və Türkmən sivil nümayəndələri idarıetmə və şəhər mərkəzində yerli xidmətləri təmin olunması məsələləri ilə bağlı məclis yaratmışdılar.

 



Әlaqәli Xәbәrlәr