İran Suriyada keçirilәn әmәliyyatı qınadı

İran  Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın Suriyada keçirdiyi hәrbi әmәliyyatı qınadı.

951241
İran Suriyada keçirilәn әmәliyyatı qınadı

İranın ali dini rəhbəri Ayətullah Əli Xameney  ABŞ prezidenti Donald Tramp,  Fransa prezidenti Emmanuel Makron və İngiltәrәnin Baş naziri Tereza Meyi cinayətkar adlandırıb.

İran prezidenti Hәsәn Ruhani isә Suriya lideri Bәşәr Әsәdlә telefon әlaqәsi saxlayaraq  İranın Suriya hömkumәtinin yanında olduğunu deyib.

İran  Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın Suriyada keçirdiyi hәrbi әmәliyyatı qınadı.

İran   Xarici İşlər Nazirliyindən verilәn  açıqlamada ABŞ-ın rəhbərliyindәki hücum pislənib vә bu әmәliyyatın regionda ciddi nәticәlәrә sәbәb ola bilәcәyi ilә әlaqәdar xәbәrdarlıq edilib.

Qeyd edәk ki,  ABŞ, İngiltərə və Fransa  sabah saatlarında Suriyada hәrbi әmәliyyat keçirdi.



Әlaqәli Xәbәrlәr