Avropa İttifaqı Əsəd rejiminin kimyəvi silah hücumunu sərt şəkildə qınadı

Avropa İttifaqı (Aİ) Əsəd rejiminin Dumadakı kimyəvi silah hücumunu sərt şəkildə qınadı.

946999
Avropa İttifaqı Əsəd rejiminin kimyəvi silah hücumunu sərt şəkildə qınadı

Avropa İttifaqı (Aİ) Əsəd rejiminin Dumadakı kimyəvi silah hücumunu sərt şəkildə qınadı.

Avropa İttifaqının Xarici Əlaqələr üzrə İdarəsinin yaydığı məlumatda bildirilib ki, Suriyada Əsəd rejiminin mühasirəsində olan Şərqi Qutanın Duma qəsəbəsinə edilən və  tərkibində zəhərli qaz olan kimyəvi silah hücumundakı dəlillər məsuliyyətlinin yenə rejim olduğuna işarə edir.

Açıqlamada Aİ-nin hücumu sərt şəkildə qınadığı qeyd edilib və beynəlxalq ictimaiyyətə hücumla əlaqəli cavab verilməsi üçün sürətli addım atılması barədə çağırış edilib.

Açıqlamada İttifaqın kimyəvi silahlardan istifadə edilməsilə mübarizəni davam etdirəcəyi, mülki şəxslərin qorunmasının ilk planda yer tutması vacib olan məsələ olduğu bildirilib.

Qeyd edək ki, Əsəd rejiminin Şərqi Qutada müxalifətin nəzarətindəki son bölgə olan Duma qəsəbəsində mülki yaşayış məntəqələrinə aprelin 7-də kimyəvi silahla etdiyi hücumda 78 dinc vətəndaş həyatını itirib.



Әlaqәli Xәbәrlәr