PYD-YPG terrorçularının etirafları

Zeytun Budağı" əməliyyatı çərçivəsində yaxalanan 3 terrorçu barəsində hazırlanan ittihamnamə Hatay 3-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edildi.

945961
PYD-YPG terrorçularının etirafları

Separatçı terror təşkilatı PKK-nın Suriya qolu PYD-YPG öz üzvlərini də amansızcasına qətlə yetirdi.
 
 Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/KCK/PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başladığı "Zeytun Budağı" əməliyyatı çərçivəsində yaxalanan 3 terrorçu barəsində hazırlanan ittihamnamə Hatay 3-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edildi.
 
İttihamnamədə terrorçuların etirafları da əks olunub.
 
 İfadələrində terror təşkilatının öz üzvlərinə etdiyi xəyanətdən danışan terrorçular: "Dörd nəfər təslim olmaq üçün qaçdıq. PKK/PYD-YPG nümayəndələri arxamızdan atəş açdılar, dostlarımızdan biri vuruldu" deyirlər.
 
19 -30 yaşlarında olan terrorçular digər təşkilat üzvlərinin onlara minomyotlarla hücum etdiyini bildirirlər.
 
 Terrorçular etiraflarında PKK/PYD-YPG-yə məcburən qoşulduqlarını söylədilər.



Әlaqәli Xәbәrlәr