Suriyalılar ölkələrinə qayıdırlar

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan bəzi suriyalı ailələr separatçı terror təşkilatları YPG/PKK, DEAŞ-dan azad olunan  bölgələrə qayıdırlar.

944520
Suriyalılar ölkələrinə qayıdırlar

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə sığınan bəzi suriyalı ailələr "Fərat Qalxanı" və Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Afrin bölgəsində həyata keçirilən "Zeytun Budağı"əməliyyatlarından sonra separatçı terror təşkilatları YPG/PKK, DEAŞ-dan azad olunan bölgələrə qayıdırlar.
 
 Aralarında qadın və uşaqların da olduğu 50 suriyalı Könüllü Qayıdış Proqramı çərçivəsində Öncüpınar  Miqrasiya İdarəsindəki əməliyyatlardan sonra mikroavtobuslarla ölkələrinə göndərildilər.
 
 Suriya əsilli Məhəmməd əl-Vəsmi terör təşkilatlarının təcavüzü nəticəsində ailəsi ilə birlikdə Türkiyəyə gəldiyini söylədi.
 
 Türkiyədə hər növ tələbatlarının ödənildiyini, lakin ölkəsi üçün çox darıxdığını ifadə edən Vəsmi: "Düz 4 ildir ki, buradayam, lakin heç bir yer  insanın öz vətəni kimi deyil. Türk əsgərindən Allah razı olsun. Terroru təmizlədilər. İndi oralar da təhlükəsizdir. Onun üçün geri dönmək qərarına gəldik " deyə danışdı.
 
 Öncüpınar sərhəd məntəqəsindən 1 Yanvar 2015-ci ildən bu yana proqram çərçivəsində təxminən 60 min suriyalı ölkəsinə qayıdıb.



Әlaqәli Xәbәrlәr