Türkiyə Silahlı Qüvvələri Afrin bölgəsindəki dağlıq ərazilərdə hava əməliyyatı həyata keçirdi

Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus döyüş təyyarələri Suriyanın Afrin bölgəsindəki dağlıq ərazilərdə gizlənən terror təşkilatı YPG/PKK mənsublarına qarşı hava əməliyyatı həyata keçirib.

942633

“Anadolu” xəbər agentliyinin Afrindəki müxbirinin məlumatına görə, TSQ Afrinin şimalındakı Racu məntəqəsində dağlıq bölgədə bir qrup terror təşkilatı  YPG/PKK-lı aşkarlayıb.

Əldə edilən bu məlumat nəticəsində TSQ-yə məxsus döyüş təyyarələri dağdaki hədəflərə istiqamətli əməliyyat həyata keçirib.

Qeyd edək ki, TSQ və Azad Suriya Ordusu (ASO) martın 18-də Afrini terrordan azad etmişdi. Əməliyyatlar zamanı sıxışıb dağlıq bölgələrdə gizlənən YPG/PKK üzvlərinə istiqamətli axtarış fəaliyyətləri davam edir.

Әlaqәli Xәbәrlәr