Suriyada ABŞ-ın rəhbərliyindəki DEAŞ əleyhinə olan koalisiya konvoyuna hücum olub

Suriyada ABŞ-ın rəhbərliyindəki DEAŞ əleyhinə olan koalisiyaya məxsus konvoylardan birinə əl istehsalı olan partlayıcı ilə edilən hücumda 2 əsgər ölüb, 5 əsgər yaralanıb.

941250

Koalisiya qüvvələrindən yayılan açıqlamada bildirilib ki, 2 koalisiya əməkdaşı martın 29-da Suriyada əl istehsalı olan bomba ilə öldürüldü, 5 əsgər isə yaralandı.

Yaralıların müalicə olunması üçün bölgədən göndərildikləri bildirilib, ölənlərin adı və rütbələri açıqlanmayıb.

Hadisə haqqında tədqiqat aparıldığı bildirilib, hücumun yeri barədə isə məlumat verilməyib.

Mövzu ilə əlaqəli olaraq “Anadolu” xəbər agentliyinin suallarını cavablandıran Koalisiya qüvvələrinin sözçüsü polkovnik Ryan Dillon ailələrə məlumat verilənədək hadisənin yeri bildirilmədən Suriya olaraq ifadə edəcəklərini söyləyib.

Dillon ölən əsgərlərin ABŞ əsgəri olub olmadığına dair suallara da həmin səbəbdən cavab verməkdən imtina edib.

Ancaq “Anadolu” xəbər agentliyinin yerli mənbələrdən əldə etdiyi məlumata görə hücum Münbiç yaxınlığında baş verib.

Әlaqәli Xәbәrlәr