İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb

Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

939538
İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri başlayıb. 

İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir. 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

İkigünlük səfər çərçivəsində geniş tərkibdə görüş keçiriləcək. Səfər zamanı iki ölkə arasında sənaye, kənd təsərrüfatı, səhiyyə və turizm sahələrində sənədlərin imzalanacağı gözlənilir. 



Әlaqәli Xәbәrlәr