Moskva 6-cı dəfə “Dünya saatı”na qoşuldu

Moskvanın 6-ci dəfə dəstək verdiyi hərəkatda tarixi Qızıl Meydandakı Kreml Sarayı, Saint Basil kilsəsi, Spasskaya Qülləsi və QUM Ticarət Mərkəzlərilə yanaşı, hökumət, parlament, universitet binaları və mühüm iş mərkəzlərinin işıqları söndürülüb.

936972
Moskva 6-cı dəfə “Dünya saatı”na qoşuldu

  Dünyadakı iqlim dəyişikliyi və ətraf mühit problemlərinə diqqəti çəkmək üçün Təbii Həyatı Qoruma Fondunun (WWF) həyata keçirdiyi "Dünya saatı" hərəkatı çərçivəsində Rusiyanın paytaxtı Moskvanın böyük binalarında işıqlar bir saatlığa söndürülüb.

  Moskvanın 6-ci dəfə dəstək verdiyi hərəkatda tarixi Qızıl Meydandakı Kreml Sarayı, Saint Basil kilsəsi, Spasskaya Qülləsi və QUM Ticarət Mərkəzlərilə yanaşı, hökumət, parlament, universitet binaları və mühüm iş mərkəzlərinin işıqları söndürülüb.

  Moskva Ətraf Mühiti Qoruma Nazirliyi rəsmiləri paytaxtda 1900-dən artıq binanın işıqlarının söndürüldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr