Əhmədi Necat Əli Xamaneyə yazdığı məktubu mətbuatda yayımladı

İranın eks prezidenti Mahmud Əhmədi Necat ölkə lideri Əli Xamaneyə xitabən yazdığı son məktubda "məhkəmənin ifadə azadlığını məhdudlaşdırdığını" söyləyib.

936857
Əhmədi Necat Əli Xamaneyə yazdığı məktubu mətbuatda yayımladı

   Keçmiş prezidentə yaxınlığı ilə tanınan "Dolatebahar" adlı internet saytında dərc olunan məktubunda Əhmədi Necat məhkəməni tənqid edib. Xameneyinin Novruz Bayramı münasibətilə çıxışında ifadə azadlığından danışdığına işarə edən keçmiş prezident yazlb: “Sizin çıxışınızda bəyan etdiyiniz söz azadlığı fikirləri konstitusiyada da əks olunur, amma məhkəmə buna riayət etmir… Ölkədə ifadə azadlığının bərqərar olunması üçün məhkəmələrdəki iclaslar xalqa açıq şəkildə aparılmalı və məhkəməyə verilən bütün şikayətləri araşdırmaq üçün müstəqil və etibarlı mütəxəssislər heyəti yaradılmalıdır.”

  İranın bundan əvvəlki prezidenti Mahmud Əhmədi Necat həm də keçmiş müavinləri Həmid Bakayi və İsfəndiyar Rəhim Meşainin korrupsiya maddəsilə həbs olunmasını məhkəmənin "siyasi işlərinin bir nümunəsi" adlandırıb.  



Әlaqәli Xәbәrlәr