"Küveyt İranla normal əlaqələr qurmaq istəyir", S.X.Həmid

Küveyt 2018 İnvestisiya Forumunun yekununda danışan S.X.Həmid deyib...

935219
"Küveyt İranla normal əlaqələr qurmaq istəyir", S.X.Həmid

  Küveyt Xarici İşlər naziri Sabah Xalid Həmid İranla normal əlaqələr qurmağa çalışdıqlarını söyləyib.

  Küveyt 2018 İnvestisiya Forumunun yekununda danışan S.X.Həmid deyib: “Kuveyt, keçmişdə olduğu kimi, bu gün də İranla beynəlxalq qanunlara hörmət, ölkələrin daxili işlərinə qarışmamaq və güc tətbiq etməmək əsasında normal əlaqələrinin olmasına çalışır. Hər sahədə əlaqə qurmaq üçün əlverişli şərait yaratmağa çalışırıq. Beynəlxalq cəmiyyət də bu ölkədə siyasi həllə nail olmaq üçün birlikdə səy etməlidir. Suriyanın abad edilmə vaxtı gəlir və hər kəsin üzərinə bir məsuliyyət düşür. Müharibədən 7 il keçməsinə baxmayaraq, siyasi həllin yaranmaması üzüntü doğurur.”

  Qeyd edək ki, Küveyt Xarici İşlər nazirinin müavini Xalid Carallah İran-Körfəz dialoqunun dayandığını bildirmiş və prosesin yenidən başlanmasının İran tərəfinin təşəbbüsünə bağlı olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr