"Qanunlara hörmət etməyən diktatordur”, Q.M.Ecei

İran Məhkəməsinin sözçüsü Qulamhüseyn Möhsün Ecei keçmiş prezident Mahmud Əhmədi Necat və müavinlərini Amerika Birləşmiş Ştatları və İsraillə yol tutmaqda ittiham edir.

932415
"Qanunlara hörmət etməyən diktatordur”, Q.M.Ecei

  İranın “Entekhab” xəbər saytında yazılana görə, paytaxt Tehranda mətbuat konfransında çıxışı zamanı Q.M.Ecei Əhmədi Necatı hədəfə alan açıqlamalar verərək deyib: “Əhmədi Necat və müavinləri ABŞ və İsraillə bir yol tutub, son günlər barələrində açılan hüqüqi prosesə - korrupsiya qovluqlarına zərbə endirməyə çalışırlar… İttihamları rədd etsə də, ona dəlillər təqdim edilib. Qanunlara hörmət etməyən diktatordur.”

  Qeyd edək ki, İranın keçmiş prezidenti Əhmədi Necatın bir müavini Həmid Bakayi "korrupsiya" iddiası ilə mühakimə olunduğu məhkəmədə 15 il həbs və 80 qırmanc cəzasına məhkum edilib, digər müavini İsfəndiyar Rəhim Meşai isə dünən (18.III.2018) Tehran İnqilab Məhkəməsinin istintaqına cəlb olunub.



Әlaqәli Xәbәrlәr