BƏƏ-nin XİN rəhbəri Misirdə səfərdədir

Birləşmiş Ərəb Əmirliklərinin  Xarici İşlər naziri Abdulla bin Zayid Əl-Nahyan Misir prezidenti Əbdülfəttah əs-Sisi və Xarici İşlər naziri Samih Sukri ilə görüşdü.

932584
BƏƏ-nin XİN rəhbəri Misirdə səfərdədir

Birləşmiş Ərəb Əmirliklərinin  Xarici İşlər naziri Abdulla bin Zayid Əl-Nahyan Misir prezidenti Əbdülfəttah əs-Sisi və Xarici İşlər naziri Samih Sukri ilə görüşdü.
 
 Sisi Əl Nahyan ilə görüşündən sonra yaydığı açıqlamada BƏƏ və Misirin  ərəb ölkələrinin təhlükəsizliyini və sabitliyini hədəf alan cəhdlərə və müdaxilələrə qətiyyətlə qarşı olduqlarını ifadə etdi.
 
 Açıqlamada tərəflərin regional mövzular və region ölkələrindəki böhranlar kimi məsələləri müzakirə etməsinin əhəmiyyəti vurğulanır.
 
 Əl Nahyan misirli həmkarı Şukri ilə keçirdiyi birgə mətbuat konfransında Misir, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ərəblərin vəziyyətinə dəstək və yardım kimi məsələlərdə tarixi vəzifəvə məsuliyyət daşıdıqlarını bildirdi.
 
 BƏƏ-nin Xarici İşlər naziri zorakılıq və nifrəti artıran üsulundan imtina etdiyi təqdirdə Qətərin də ərəb ölkələri cərgəsinə geri qayıtmasına şad olacaqlarını qeyd etdi.
 
 Misir Xarici İşlər Naziri Şukri də: "Dört ölkənin Qətərə qarşı mövqeləri sabitdir" dedi.
 
 Xarici işlər nazirləri Suriya məsələsində siyasi həllin əhəmiyyətini vurğuladılar.



Әlaqәli Xәbәrlәr