Suriya rejimi yeni qətliam törətdi

Suriyada rejim 5 ildir ki, mühasirə altında saxladığı Şərqi Gutada yeni qətliam törətdi.

931257
Suriya rejimi yeni qətliam törətdi

Suriyada rejim 5 ildir ki, mühasirə altında saxladığı Şərqi Gutada yeni qətliam törətdi.
 
 Kefer Batna rayonunda rejim və havadarlarının bazar ərazisinə təşkil etdiyi hava hücumunda ilkin məlumatlara görə, 40 mülki vətəndaş həlak olub. Ölənlərdən 6-sı uşaqdır.
 
Paytaxt Dəməşqə yaxın məsafədə olan Şərqi Quta üç həftədən artıqdır ki, intensiv bombardmana məruz qalır.
 
 Suriya ordusu regiondakı hücumlarını artırdıqdan sonra minlərlə insan evlərini tərk etməyə başlayıb.



Әlaqәli Xәbәrlәr