BMT Suriyada hərbi cinayətin törədilməsinə dair hesabat yaydı

Suriyada Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin ölkədəki müxalif qadın, qız və kişilərə təcavüz edərək hərbi cinayət törətdiyi bildirilir.

930918
BMT Suriyada hərbi cinayətin törədilməsinə dair hesabat yaydı

 Birləşmiş Millətlər Təşkilatının  Suriya üzrə Beynəlxalq MüstəqilAraşdırma Komissiyasının yeni hesabatında Suriyada Əsəd rejiminə bağlı qüvvələrin və müttəfiq milislərin müxalif qrupları cəzalandırmaq üçün qadın, qız və kişilərə təcavüz edərək hərbi cinayət törətdiyi billdirilir.
 
 Komissiyanın Suriyada 2011-ci ilin mart ayında başlayan vətəndaş müharibəsinin  7-ci ilinin başa çatmasından sonra yaydığı:"İzzəti itirdim: Suriyada cinsi zorakılıq və gender zorakılığı" başlıqlı hesabatında Əsəd rejimi və havadarlarının qız, qadın, kişi və hətta oğlan uşaqlarına qarşı tükürpətici cinsi təcavüz faktları göstərilir.
 
 Hesabatda separatçı terror təşkilatı PYD/PKK-ya aid Suriya Demokratik Qüvvələrinin terrorçularının 2017-ci ildə kişi məhbusların cinsi orqanlarını yandırdıqları, təşkilatın nəzarətindəki düşərgələrdə qalan qadın və qızların təcavüzə məruz qalmamaq üçün hamama getmədikləri bildirilir.
 
 29 səhifədən ibarət olan hesabat Suriyada vətəndaş müharibəsində  həyatda qalan müharibə qurbanlarından, onların qohumlarından, şahidlərdən, qaçqınlardan, vəkillərdən və səhiyyə işçilərindən alınan 54 müsahibə əsasında tərtib olunub.
 



Әlaqәli Xәbәrlәr