TRT, Afrin bölgəsindəki YPG-PKK üzvü terroristlərin adları yazılmış siyahı tapıb

PYD-YPG-nin separatçı terror təşkilatı PKK-nın Suriyadakı qruplaşması olduğu daha bir dəfə sənədləşdirildi.

930431
TRT, Afrin bölgəsindəki YPG-PKK üzvü terroristlərin adları yazılmış siyahı tapıb

Zeytun Budağı əməliyyatı çərçivəsində dağıdılan terror düşərgəsində TRT  müxbirləri  tərəfindən  tapılan siyahıda terrorçuların adları və hansı ölkələrdən bölgəyə gəldiklərinə dair məlumatlar yazılıb.

Siyahıya görə bölgəyə ən çox terrorist, Avropa ölkələrindən gəlib. PKK / PYD-YPG-nin bombalanan sözdə təyinatlı qüvvə təlim düşərgəsində tapılan siyahıda, Almaniya, Danimarka, Yunanıstan, Livan, Birləşmiş Ərəb Əmrliklərindən bölgəyə gələn terroristlərin adları sadalanıb.

Aralarında qadınların da olduğu siyahıda, terroristlərin adlarının qarşısında evli ya da subay olduqları da qeyd edilib.

Terroristlərin təlim düşərgələrində tapılan siyahı, PYD-YPG, PKK-nın Suriyadakı qruplaşması olduğunu konkret olaraq göz önünə sərir.



Әlaqәli Xәbәrlәr