Suriyada Bəşər Əsəd rejiminin İdlib şəhərinə istiqamətli hava hücumları davam edir

Suriyada Bəşər Əsəd rejiminin İdlib şəhərinə istiqamətli hava hücumlarında 4 mülki şəxs həyatını itirib.

927847
Suriyada Bəşər Əsəd rejiminin İdlib şəhərinə istiqamətli hava hücumları davam edir

Suriyada Bəşər Əsəd rejiminin İdlib şəhərinə istiqamətli hava hücumlarında 4 mülki şəxs həyatını itirib.

Rejim qüvvələrinin uşaq bağçalarından birinə yönəldilmiş hücumunda isə əksəriyyəti uşaq olmaqla 20 adam yaralanıb.

İdlibdəki Ağ dəbilqəlilər təşkilatının müdiri Mustafa Hac Yusif  Teftenaz bölgəsindəki Abdullah İbni Abbas uşaq bağçasına istiqamətli hava hücumunda əksəriyyəti uşaq olmaqla 20 mülki şəxsin yaralandığını deyib.

Mülki Müdafiə Qüvvələri hava hücumlarının davam etdiyini və ölü sayının artacağının istisna olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr